Pleyeri seçin:

Partiya rəsmisi Öcalanın çağırışını şərh etdi | Suriya ilə bağlı qərarları onlar verməlidir!

10 mart 2025 544 baxış

“Türkiyədən iki ölkəyə xəbərdarlıq: növbədə sizsiniz”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Mahir Ünal deyib.

PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatın ləğvi ilə bağlı çağırışını şərh edən partiya rəsmisi bildirib ki, Suriyada terrora icazə verməyəcəklər:

“Silahı yerə qoyma çağırışı bütün tərəfləri əhatə edir. Bu, terror və silahların artıq həll yolu olmadığına dair bütün tərəflərə açıq mesaj və silahı yerə qoymaq çağırışıdır. Türkiyə PKK-nın qurultay keçirərək bu qərarı verməsini gözləyir. Mesaj və Türkiyənin mövqeyi son dərəcə aydındır”.

Bölgənin sabitliyə hər zamankından daha yaxın olduğunu söyləyən Mahir Ünal həll yolunun bundan əvvəl sabotaj edildiyini də xatırladıb:

“Terrorla mübarizə hər zaman hökumətin əsas məqsədlərindən biri olub. Daxildə terrora son qoyduq. “Terrorsuz Türkiyə” məqsədimiz problemi kökündən həll etmir, “Terrorsuz Suriya” və “Terrorsuz İraq” da demək lazımdır”.

AKP rəsmisi İraq və Suriyadakı vətəndaş qarşıdurmalarının terror və zorakılığa yol açdığını vurğulayıb. M.Ünal həmçinin Türkiyənin Suriyada, xüsusilə Latakiya bölgəsində baş verən son hadisələri yaxından izlədiyini qeyd edib.

Partiya rəsmisi qlobal qüvvələrin Suriyada sabitlik istəmədiyini söyləyib:

“Biz Suriyanın suriyalıların olduğunu deyirik. Suriya baxımından ərazi və dövlət bütövlüyünü müdafiə edən bir mövqedəyik. Suriya ilə bağlı qərarları suriyalılar verməlidirlər.

Latakiya bölgəsində Bəşər Əsəd rejiminin qalıqları cəbhə quraraq üsyana başladıqlarını bildiriblər. Bu vəziyyətə qarşı legitim hökumət hərəkətə keçib. Əgər insan hüquqlarının pozulması və ya mülki şəxslərə qarşı müdaxilə varsa, bu, yolverilməzdir”.

Mahir Ünal Türkiyəyə qarşı təxribat cəhdlərinin də olduğunu sözlərinə əlavə edib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 544 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 544 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 544 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 544 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 544 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 544 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 544 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 544 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 544 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 544 baxış
Seçilmişlər
icon