Dünya
Pleyeri seçin:
Paşinyandan müəmmalı addım | İstefa verib postundan gedən ermənilər kimlərdir?
Ermənistanın daxili işlər naziri Vahe Kazaryan istefa verib.
Ermənistan mediasının yaydığı məlumata görə, Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və İstintaq Komitəsinin sədri Arqişti Karamyan da bir müddət əvvəl istefa veriblər.
Qeyd edilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında məlumatı təsdiqləyib və istefaların məhz onun təşəbbüsü ilə baş verdiyini bildirib.
Onun sözlərinə görə, bu qərar şəxsi motivlərdən deyil, sistem problemlərindən qaynaqlanıb. Lakin Paşinyan vəzifəsindən gedən məmurların adlarını açıqlamayıb.
Kopyalandı
Seçilmişlər