Dünya
Pleyeri seçin:

Paşinyanın dəhlizini alan yoxdur: Ermənilərin əlindən qaçan fürsət

22 noyabr 2023

“Paşinyanın haqqında danışdığı “Sülh yollarının kəsişməsi” layihəsinin Qərbi Zəngəzurdan keçən dəhliz kimi artıq aktuallığı yoxdur”.

Bu sözləri rusiyalı politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.

O bildirib ki, dəhliz Paşinyanın “məhv etdiyi” ideyadır: “Nəzəri olaraq o məsələdə Türkiyə, Rusiya və İran iştirak etməli idi, amma indi o dəhliz heç kimə lazım deyil. Paşinyan hazırda dəhliz ideyasını satmağa çalışır, amma heç kim onu almır. Əvvəllər isə ona təklif edəndə alver etmək istəyirdi”.

Tarasovun sözlərinə görə, Türkiyə bundan sonra Zəngəzur dəhlizi ideyasında israr etməyəcək, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvanla birləşəcək:

“İran sazişi təxminən 1 il əvvəl, 22 sentyabr 2022-ci ildə imzalayıb. Moskva və Tehran yaxın vaxtlarda 160 km uzunluğunda yeni nəqliyyat dəhlizinin, Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan dəmir yolunun tikintisini başa çatdıracaqlar. Yəni Türkiyə və Azərbaycanın Zəngəzur yoluna ehtiyacı yoxdur? Potensial olaraq o layihədən əl çəkməyiblər, ola bilsin ki, bu ideyaya qayıdacaqlar, amma indi yox.

Türkiyə normal razılaşmanı, Zəngəzur dəhlizinin yaradılmasını təklif etdi, amma əvvəldən ermənilər, daha sonra İran Azərbaycanın təcavüzə hazırlaşdığını yaydılar. Azərbaycan da hiss etdi ki, barıt iyi gəlir və indi o fikirdən imtina edərək deyir ki, Naxçıvana İran ərazisindən keçə bilərik. Fərq 5-6 km-dir. Üstəlik, o dəhliz İranın nəzarətində olacaq və İran da narahat olmayacaq. Beləliklə, əgər fransızlar və ya amerikalılar ermənilərə kömək etmək istəyirlərsə, qoy etsinlər. Deməli, Ermənistan özünü yerləşdirdiyi yerdə, yumşaq desək, elə dərin zibilə salıb”.

Çinin Cənubunda elm adamlarını təəccübləndirən tapıntı | 72-84 milyon yaşı olan...

Çinin Cənubunda elm adamlarını təəccübləndirən tapıntı | 72-84 milyon yaşı olan...

Dünya
22 noyabr 2024
Rusiya hansı ölkənin silahları ilə Ukraynanı vurdu? | Planet çıxış yolunu necə tapmalıdır?

Rusiya hansı ölkənin silahları ilə Ukraynanı vurdu? | Planet çıxış yolunu necə tapmalıdır?

Dünya
22 noyabr 2024
1951 model yük maşınını orijinal halında qoruyub saxlayan türk gündəmdə

1951 model yük maşınını orijinal halında qoruyub saxlayan türk gündəmdə

Dünya
22 noyabr 2024
Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Dünya
22 noyabr 2024
Oğulun etdiyi əməlin cəzasını atası çəkdi | Dəhşətli detallar açıqlandı

Oğulun etdiyi əməlin cəzasını atası çəkdi | Dəhşətli detallar açıqlandı

Dünya
22 noyabr 2024
NATO ilə bağlı sensasiya | Yüz minlərlə əsgərə gizli tapşırıq verilir?

NATO ilə bağlı sensasiya | Yüz minlərlə əsgərə gizli tapşırıq verilir?

Dünya
22 noyabr 2024
Şimali Koreyadan güc nümayişi | Kim Çen In silah sərgisində iştirak etdi

Şimali Koreyadan güc nümayişi | Kim Çen In silah sərgisində iştirak etdi

Dünya
22 noyabr 2024
Onlara elə güclə zərbə vuracağıq ki… | Kadırov Qərbə meydan oxudu

Onlara elə güclə zərbə vuracağıq ki… | Kadırov Qərbə meydan oxudu

Dünya
22 noyabr 2024
Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Dünya
22 noyabr 2024
Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Dünya
22 noyabr 2024
Seçilmişlər
icon