Pleyeri seçin:
Paşinyanın kilsədən çıxışı zamanı insident baş verdi - Baku TV
Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı Müqəddəs Anna kilsəsində ibadət zamanı iştirakı insidentlə nəticələnib.
Bu barədə ölkə mediası xəbər verib.
Məlumata görə, Baş nazir kilsəni tərk edərkən dindarların arasından keçib. Bu zaman mərasim iştirakçılarından biri Baş nazirin mühafizəçisinə "mənə elə baxmağa cürət etmə" deyərək etirazını bildirib. Digər bir şəxs isə arxadan təhlükəsizlik xidmətinin əməkdaşına zərbə endirməyə cəhd edib.
Hadisə yerində qısamüddətli gərginlik yaşansa da, mühafizə xidməti Baş nazirin ərazidən uzaqlaşdırılmasını təmin edib.
Saxlanılanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA
- Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib
- Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV
- Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV
- Dövlət ittihamçısının vəsatəti təmin olundu | Keçmiş prezidentlə bağlı yeni qərar - Baku TV CANLI
