Pentaqon rəhbərinin xəstəxana müəmması ilə bağlı Entoni Blinkendən etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin müdafiə naziri Lloyd Ostinin xəstəxanada olması barədə hətta Entoni Blinkenin də xəbəri olmayıb.
Bu barədə ABŞ Dövlət katibinin özü etiraf edib.
Ümumiyyətlə, Pentaqon rəhbərinin gizli şəkildə xəstəxanaya yerləşdirilməsi Ağ Ev administrasiyasını şoka salıb.
Lloyd Ostin səhhətinin yaxşılığa doğru getdiyini desə də, amerikalı qanunvericilər onun xəstəxanaya yerləşdirilməsi barədə dərhal məlumat verilməməsi ilə bağlı izahat tələb ediblər.
“Biz nazir L.Ostinə tezliklə sağalmasını arzu edirik, lakin onun tibbi vəziyyəti barədə məlumatı bu şəkildə almaqdan narahatıq”, – deyə Nümayəndələr Palatası Komitəsinin üzvlərinin bəyanatında deyilib.
Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Ostin yanvarın 1-də xəstəxanaya yerləşdirilib və dörd gün reanimasiya şöbəsində yatıb.
“Politico” nəşrinin məlumatına görə, onun xəstəxanada olması barədə hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb. Ağ Ev rəhbəri bu barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl xəbər tutub.
L.Ostinin davranışının Ağ Ev administrasiyasında böyük narazılığa və sarsıntıya səbəb olduğu vurğulanıb. Yaranan səs-küydən sonra nazir səhvini etiraf edərək bildirib ki, xəstəliyi barədə daha əvvəl məlumat verməli idi.
Qeyd edək ki, Yaxın Şərqdəki gərginlik fonunda Pentaqonun rəhbəri vəzifələrini onun müavini, Senat tərəfindən 2021-ci ildə bu vəzifəyə təsdiqlənən Ketlin Hiksə ötürməli olub. Pentaqonun mətbuat katibi Patrik Rayder L.Ostinin xəstəxanadan buraxılması ilə bağlı hələlik dəqiq tarix açıqlaya bilməyəcəyini deyib.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
