Dünya
Pleyeri seçin:
Peskovdan Durovla bağlı mühüm açıqlamalar
“Telegram”ın qurucusu Pavel Durovun Kremllə nə danışıqları, nə də razılaşması olub”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Prezident Vladimir Putin heç vaxt “Telegram”ın təsisçisi ilə görüşməyib.
Məlumat üçün bildirək ki, milyarder Pavel Durov avqustun 25-də şəxsi təyyarəsi ilə Fransaya uçarkən Paris Hava Limanında saxlanılıb. Terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaqda ittiham olunan P.Durov avqustun 29-da azad edilib.
Kopyalandı
Seçilmişlər