Pleyeri seçin:

Peycerlər hansı ölkənin istehsalıdır? | Baş verən hadisə təsadüfdür, yoxsa...?

18 sentyabr 2024 513 baxış

Livanda "Hizbullah" tərəfindən istifadə edilən rabitə cihazı, peycerlərin partladılması nəticəsində ölənlərlə yanaşı, 4 mindən çox insanın yaralanması qeydə alınıb.

Xəsarətalanlar arasında yüksəkrütbəli hərbçilər də var.

Bildirilib ki, Livanda partlayan rabitə cihazları "Hizbullah"ın son aylarda əldə etdiyi modellərdəndir. Hadisədən sonra ilk yada düşən partlayan peycerlərin istehsalı və satışını həyata keçirdiyi deyilən “Gold Apollo” şirkəti olub.

SEPAH isə məlumat yayıb ki, “Hizbullah” yaraqlılarının əlində partlayan peycerlərin hamısı Amerika Birləşmiş Ştatlarının “Motorola” şirkətinin istehsalıdır. Amma istehsalçının hansı şirkət olmasından asılı olmayaraq, ümumiyyətlə, peycerlərin öz-özünə yanması, partlaması ehtimalı azdır. Lakin onların içərisində olan litium batareyaları partlaya bilir.

Bununla belə, bu batareyaların da hamısının eyni vaxtda partlaması mümkünsüzdür və baş verən hadisə təsadüf sayılmır. Elə buna görə də "Hizbullah" mənbələri bu cihazlara etibar etməni ən ciddi təhlükəsizlik problemi sayıblar.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Tarixə baxdıqda İsrailin elektron cihazları partlada bilməsi ilə bağlı uğurlu işləri var.

Məsələn, 1990-cı illərin ortalarında İsrail HƏMAS üçün bombaların əsas konstruktoru Yəhya Ayyaşı öldürmüşdü. O, Mühəndis ləqəbi ilə tanınırdı. Yəhya mobil telefonunun partladılması nəticəsində öldürülüb. Cihaza partlayıcı qoyulmuş və Qəzza üzərində uçan təyyarədən uzaqdan idarəetmə vasitəsilə işə salınmışdı.

Daha sonra “Hizbullah” İsrail kəşfiyyatının GPS imkanlarından istifadə edərək insanları izləməsinin qarşısını almaq üçün cib telefonlarından peycerlərə keçmişdi.

Bu hadisələri bilə-bilə “Hizbullah”ın peycerlərə də etibar etməsi bir qədər təəccüblüdür. Çünki qarşıdakı İsraildir, yüksək texnologiyalara malik ölkə.

“Hizbullah”ın istifadə etdiyi peycerlərin partladılması onu göstərib ki, İsrailin çata bilməyəcəyi yer yoxdur. Bu, həqiqətən də, ölkənin imkanlarının nə dərəcədə dərin olmasını nümayiş etdirdi.

Bir neçə gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant belə bir fikir səsləndirmişdi: “İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatlar keçirməkdən başqa seçimi yoxdur”. Bu fikir, bəlkə də, peycerlərin partladılmasının anonsu idi. 

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 513 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 513 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 513 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 513 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 513 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 513 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 513 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 513 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 513 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 513 baxış
Seçilmişlər
icon