Putin bəzi şəxsləri vəzifəyə təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya dövlət başçısı Vladimir Putin Prezident Administrasiyası rəhbərliyinə təyinatlar haqqında fərman imzalayıb.
Sənədə əsasən, Dmitri Peskov yenidən Rusiya Prezidentinin mətbuat katibi təyin edilib. Nikolay Patruşev isə Vladimir Putinin köməkçisi vəzifəsinə gətirilib.
Kreml rəhbərinin qərarına əsasən, Anton Vaynon yenidən Prezident Administrasiyasının rəhbəri olub. Aleksey Qromov və Sergey Kiriyenko da Prezident Administrasiyası rəhbərinin birinci müavinləri vəzifəsində qalıb.
Maksim Oreşkin Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. Bundan əvvəl o, dövlət başçısının köməkçisi vəzifəsində olub.
Dövlət Dumasının Mədəniyyət Komitəsinin rəhbəri Yelena Yampolskaya isə Rusiya Prezidentinin müşaviri təyin edilib. Yuri Uşakov və Vladimir Medinski də dövlət başçısının köməkçiləri vəzifələrində qalıb.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
