Pleyeri seçin:

Putin niyə müharibəyə möhtacdır? - Rusiya savaş hesabına "nəfəs alır", çünki...

04 aprel 2025 482 baxış

“Ukrayna ilə savaş Rusiya iqtisadiyyatı üçün çətinliklər yaradıb və ağır böhran təhdidi mövcuddur. Amma Kremlin geri dönüş etmək fikri yoxdur. Heç Donald Trampın cəlbedici təklifləri də Vladimir Putini müharibə mülahizələrindən uzaqlaşdırmır. Görünür, Putin konfliktin davam etməsini yox, məhz yekunlaşmasını özü üçün riskli sayır”.

Bu fikirlər Polşanın Totalitar Tədqiqatlar Mərkəzinin dosenti Yan Qarnerə aiddir.

Onun “Foreign Policy”də paylaşılan yazısında qeyd olunub ki, Kurskdakı uğurlu əməliyyatlar da Rusiyanın gələcəkdə Ukrayna üzərində qələbə qazanması demək deyil. Əksinə, Rusiyanın resursları tükənir. Bura texnika və şəxsi heyət də aiddir:

“Bəlkə də Putin cəbhədə Ukraynaya təzyiq göstərməklə savaşı öz şərtləri ilə bitirəcəyinə inanır. Bu da istisna deyil. Amma onun müharibəni dayandırmamağının əsas səbəbi başqadır”. Analitikin fikrincə, əsas səbəb Rusiyada Vladimir Putin hakimiyyətinin sona çatmasıdır. Çünki Rusiya iqtisadiyyatındakı artım tempi müdafiə sənayesinə yönləndirilən astronomik məbləğdə maliyyə ilə bağlıdır:

“Sülh sazişinin imzalanması hərbi xərclərin azaldılmasına gətirəcək, bu isə Rusiya iqtisadiyyatı üçün ağır zərbə olacaq. Yəni hazırkı Rusiya iqtisadiyyatı savaşsız, yaxud ordunu müharibəyə hazırlamaq üçün ayrılan vəsaitlər olmadan mövcud ola bilməz. Ölkə iqtisadiyyatı münaqişənin hesabına nəfəs alır. Bu konfliktin sayəsində regionlara da pul ayrılır. Əks halda isə bölgələr böyük etiraz dalğasına bürünəcək”.

Y.Qarnerin fikrincə, Putin üçün Rusiya iqtisadiyyatının gələcəyi Ukrayna ilə müharibənin fəsadlarından daha qorxuludur. Buna görə də iqtisadi vəziyyət düzəlməyənə qədər savaş davam edəcək.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 482 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 482 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 482 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 482 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 482 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 482 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 482 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 482 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 482 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 482 baxış
Seçilmişlər
icon