Putin Rusiyanın daxili bazarında yanacaq təchizatını müzakirə etmək üçün müşavirə keçirib - Baku TV
Rusiya Prezidenti Vladimir Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib.
Müşavirədə Rusiya müdafiə naziri, maliyyə naziri, Moskva meri, enerji şirkətlərinin rəhbərləri və iş adamları iştirak ediblər.
Vladimir Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin son zamanlar mülki obyektlərə artan terror hücumlarının nəticələri minimuma endirilməlidir. O qeyd edib ki, Rusiyanın ən böyük neft emalı zavodlarının gücü maksimum gücdə istifadə olunur.
Kreml rəhbəri onu da bildirib ki, daxili bazar üçün sabit yanacaq təchizatını təmin etməkdən ötrü əlavə tədbirlər nəzərdən keçirilməlidir.
"Əvvəllər yığılan yanacaq həcmləri Rusiyanın daxili bazarına çatdırılıb. Rusiya yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb, lakin benzin ehtiyatları ötənilki səviyyədə qalır. Bu, 1,7 milyon ton təşkil edir. İyul ayında ilkin yanacaq istehsalı iyun ayı səviyyələrini keçməlidir. Özəl yanacaq şirkətləri mövcud vəziyyətdə dövlət üçün etibarlı tərəfdaş olduqlarını sübut edirlər", – deyə Putin əlavə edib.
#Rusiya teqi istifadə olunub
- Krımda vəziyyət getdikcə ağırlaşır | Hücumlar ciddi problemlərə səbəb olub - Baku TV CANLI
- Ələ keçirilən hərbi texnikaların xüsusiyyətləri araşdırılır
- “Onları yenidən dənizə buraxacağıq” | Təlimçi
- Kemerovolu dizayner sovet mənzillərinin miniatürlərini yaradır
- Putin “Rossiya” kanalına müsahibəsində hansı məsələlərə toxundu? - Baku TV CANLI
