Pleyeri seçin:

Putin ürək sözləri ilə xalqa müraciət etdi

14 mart 2024 660 baxış

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib. Kreml rəhbərinin budəfəki müraciəti martın 15-dən 17-dək ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı olub.

Rusiya Prezidenti ölkə vətəndaşlarından seçkilərə gəlməyi, səsvermədə iştirak etməyi xahiş edib:

“Martın 15-də Rusiyada prezident seçkiləri üçün 3 günlük səsvermə başlayacaq. Onun nəticələri ölkənin növbəti illərdəki inkişafına birbaşa təsir göstərəcək.

Vurğulamaq istəyirəm ki, Rusiyada hakimiyyətin yeganə mənbəyi xalqdır. Bu, Konstitusiyada da təsbit edilib. Onun əsas mənası budur ki, yalnız siz, Rusiya vətəndaşları Vətənin taleyini təyin edirsiniz. Əminəm ki, siz indi ölkəmizin necə çətin bir dönəmdən keçdiyini, qarşımıza hansı çətin vəzifələrin qoyulduğunu düşünürsünüz.

Onlara ləyaqətlə cavab vermək və çətinlikləri uğurla dəf etmək üçün biz həmrəy və özümüzə inamlı olmağa davam etməliyik. Səsinizin hər biri dəyərli və önəmlidir. Ona görə də sizi növbəti üç gün ərzində səsvermə hüququnuzdan istifadə etməyə dəvət edirəm. Biz hər şeyi istədiyimiz kimi edəcəyik. Ona görə də sizdən xahiş edirəm ki, seçkilərə gələrək öz vətəndaşlıq və vətənpərvərlik mövqeyinizi göstərəsiniz”.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Dövlət başçısı postu uğrunda hazırkı Prezident Vladimir Putin, Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski, kommunistlərin namizədi Nikolay Xaritonov və "Yeni insanlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 660 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 660 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 660 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 660 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 660 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 660 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 660 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 660 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 660 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 660 baxış
Seçilmişlər
icon