Putin və Tramp danışıqları yenidən gündəmdə | Moskvadan mesaj
Moskva Vaşinqtonla Vladimir Putin və Donald Trampın sammitinə hazırlığın bərpasını müzakirə etməyə hazırdır.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində bildirib.
“Biz ABŞ-dən olan həmkarlarımızın bizim haradasa gizli şəkildə yerin dərinliklərində qazıntı apardığımız, orada nəsə etdiyimiz barədə yaranmış şübhələrini, həmçinin onların təklif etdiyi Rusiya və ABŞ liderləri sammitinə hazırlıq işlərinin bərpa olunmasını müzakirə etməyə hazırıq”, – deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 16-da Donald Tramp Rusiya Prezidenti ilə telefon danışığından sonra tərəflərin tezliklə Macarıstanın paytaxtı Budapeştdə görüşmək barədə razılığa gəldiklərini açıqlamışdı. Sonradan sammit təxirə salınmışdı. Çünki Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə əhəmiyyətli nəticəyə nail olmaq üçün mövqeləri razılaşdırmaq mümkün olmayıb. Moskva və Vaşinqton uyğun şərait yaradıldıqda görüşün baş tutacağını vurğulayıb.
#Vladimir Putin teqi istifadə olunub
- Ərdoğanla Putin Türkmənistanda nələrdən danışıb? - Baku TV CANLI
- Pezeşkian və Putin arasında dəhliz söhbəti | Prezidentlər arasında qalmaqal - Baku TV
- Ərdoğan Aşqabadda Vladimir Putin və Şahbaz Şəriflə görüşdü
- Rusiya və Türkiyə prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI
- Peskov Putinin şəhər gəzintisi barədə nələri açıqladı? - Baku TV
