Pleyeri seçin:

Putin Zelenskiyə görün nə təklif etdi | Bu ərazini, əslində, ona görə istəyir ki...

18 avqust 2025 479 baxış

Rusiya Prezidenti Vladimir Putin Donbasa nəzarəti müharibənin başa çatması üçün həlledici hesab edir. V.Putinin təkidlə istədiyi Donbasın Rusiya ərazisinə çevrilməsi sülh prosesindəki rolu ilə seçilir.

İki yüksəkrütbəli avropalı məmurun sözlərinə görə, Rusiya Prezidenti V.Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşündə Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasını tələb edib.

Avropa rəsmilərinin bildirdiyinə görə, V.Putin Donbasın qarşılığında Ukraynanın qalan hissəsində davam edən münaqişəni dondurmağı və bir daha hücum etməyəcəyinə dair yazılı öhdəlik verməyi təklif edib.

Görüşdən sonra D.Tramp V.Putini dəstəkləyib və Volodimir Zelenskini bu təklifi qəbul etməyə çağırıb. Ancaq V.Zelenski "Donbası tərk etməyəcəyik" deyərək bölgədən çəkilməyəcəklərini bildirib.

Bəs V.Putin niyə Dombası istəməkdə israrlıdır?

Donbas 1991-ci ildə dağılan Sovet İttifaqı ilə tarixi əlaqələri və rusdilli bölgə olması səbəbindən V.Putinin müharibə ilə bağlı düşüncələrində əsas yer tutur. Müharibənin əvvəlində V.Putin Donbasın rusdilli əhalisini Kiyev hökumətinə qarşı qorumaq üçün Kremlin hərbi və maliyyə dəstəyi verdiyini açıqlamışdı.

“New York Times” qəzetinin xəbərinə görə, Donbasa nəzarət V.Putinin Ukraynadakı missiyasını başa vurduğunu bəyan etməsi üçün həlledici meyardır.

Bəzi ekspertlər hesab edirlər ki, V.Putin Donbasın bütün ərazisi üçün ilhaq edilmiş digər əraziləri mübadilə etməyə hazır ola bilər. V.Putinin keçmiş müşaviri Sergey Markov deyir ki, Kreml Donbası “Dnepr, Sumi və Xarkovdan daha çox “bizim” kimi qəbul edir”.

Bununla belə, Rusiyada müharibədən əvvəl keçirilən sorğunun nəticələrinə görə, rusların yalnız dörddəbiri Donetsk və Luqanskın Rusiya Federasiyasına birləşdirilməsini dəstəkləyib.

V.Putinin vaxtaşırı Ukraynanın digər regionlarını ilhaq etmək niyyətinə dair eyhamlar səsləndirməsi Ukrayna rəsmiləri və Qərb siyasətçiləri arasında Rusiyanın Donbası aldıqdan sonra da müharibəni davam etdirəcəyi ilə bağlı narahatlıq yaradıb.

Bir çox müharibə tərəfdarı şərhçilər iddia edirlər ki, Kreml V.Zelenski hökumətini devirənə və rusiyayönlü hökumət qurana qədər müharibəni davam etdirəcək. Bəzi analitiklər isə Rusiyanın Donbasdan kənarda hücum üçün lazım olan iqtisadi və hərbi resurslara malik olub-olmadığını müzakirə edirlər.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 479 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 479 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 479 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 479 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 479 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 479 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 479 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 479 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 479 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 479 baxış
Seçilmişlər
icon