Putindən sərt sözlər | Müharibə ehtimalı yenidən gündəmdə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Avropa ilə hərbi münaqişədə maraqlı deyil, lakin hadisələrin bu istiqamətdə inkişaf edəcəyi təqdirdə müharibəyə hazırdır".
Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz, ilk növbədə, hazırıq, lakin Avropa ilə heç bir müharibə istəmirik. Əgər onlar bunu istəyirlərsə, qoy hazırlaşsınlar", – deyə Rusiya lideri vurğulayıb.
Putinin sözlərinə görə, Avropa ölkələri indiyədək Rusiyanı strateji baxımdan məğlub edə bilməyibsə, 2030-cu ildə də edə bilməyəcəklər. Rusiya Prezidenti qarşıdurmanın daha da kəskinləşməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib.
"Əgər vəziyyət bu həddə çatarsa, onda ümumiyyətlə, qalib olmayacaq", – deyə Rusiya Prezidenti vurğulayıb.
Putin həmçinin bildirib ki, Rusiya Baltik dənizində gərginliyin yaranmasında maraqlı deyil, lakin istənilən çağırışa cavab verməyə hazırdır. Onun sözlərinə görə, Baltik dənizində təhlükəsizlik məsələsi Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışıqları zamanı müzakirə olunub.
Putin vurğulayıb ki, Moskva Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmir.
"Biz bunu istəmirik. Amma istənilən çağırışa cavab verəcəyik", – deyə Rusiya Prezidenti bildirib.
