Putinin qərarı ABŞ rəsmisini özündən çıxardı | Rusiyaya xəbərdarlıq etmişdik ki...
“ABŞ hakimiyyəti Kremlin nüvə doktrinasındakı dəyişikliklərə reaksiya verməyi planlaşdırmır və NATO-nun Rusiya üçün təhdid yaratdığına inanmır”.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.
“Biz nüvə qüvvələrimizdə hər hansı bir dəyişikliyə ehtiyac görmürük, lakin Rusiyanı müharibə ritorikasını və məsuliyyətsiz davranışlarını dayandırmağa çağırmağa davam edəcəyik. Nə ABŞ, nə də NATO Rusiya üçün heç bir təhlükə yaratmır”, – M.Miller bildirib.
O həmçinin Kremlin nüvə silahına dair doktrinanı dəyişmək qərarına təəccüblənmədiyini qeyd edib:
“Rusiyanın nüvə doktrinasını yeniləyəcəyi açıqlaması bizi təəccübləndirmədi. Bu, daha çox Rusiyanın son iki ildə gördüyümüz eyni məsuliyyətsiz ritorikasına bənzəyir. Rusiyanın Ukraynaya qarşı döyüşdə Şimali Koreya əsgərlərindən istifadə etməsi onun Ukraynaya qarşı müharibəsinin əhəmiyyətli dərəcədə genişlənməsini ifadə edir və biz ABŞ-nin cavab verəcəyi barədə xəbərdarlıq etmişik”.
#ABŞ teqi istifadə olunub
- Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV
- ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV
- ABŞ rəsmisi İranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirdi - Baku TV
- Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV
- Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI
