Pxenyandan Tokioya xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiya hökumətinin ölkəni hərbiləşdirmək planları ciddi risklər yaradır və Tokionun tam məhvinə səbəb olacaq.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, Yaponiya bir il ərzində milli təhlükəsizliyə əsas yanaşmaları dəyişdirməyi planlaşdırır.
Buna müdafiə xərclərini artırmaq, üç qeyri-nüvə prinsipini yenidən nəzərdən keçirmək, silah ixracına qadağaların ləğvi və hücum hərbi imkanlarını inkişaf etdirmək daxildir.
Müdafiə xərcləri digər qlobal hərbi güclərdən daha sürətli artaraq 12 illik maksimuma çatıb. Vəsaitlər özünümüdafiə qüvvələrinin döyüş hazırlığını artırmaq, silahlar hazırlamaq və ölkə daxilində yüzlərlə sursat anbarı tikmək üçün istifadə olunur.
Bu arada rəsmi Seul Koreya Xalq Demokratik Respublikasını təxribata çəkmək niyyətində olmadığını bəyan edib.
Bu barədə Cənubi Koreya Prezident Administrasiyası şimal qonşusunun ərazisinə pilotsuz uçuş aparatlarının buraxılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Rəsmilər məlum insident üzrə araşdırma başlandığını və nəticələrin ictimaiyyətə açıqlanacağını diqqətə çatdırıblar.
Administrasiyanın məlumatına görə, hökumət cənub və şimal arasında gərginliyin azaldılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə praktiki tədbirlər görməyə davam edəcək.
#Yaponiya teqi istifadə olunub
- Rəqabət güclənir: ABŞ, Yaponiya və Cənubi Koreya Çinə qarşı birləşir? - Baku TV CANLI
- Yaponiyada qadınlar kişilərə nisbətən daha uzunömürlüdürlər
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
