Pleyeri seçin:

“Qazaxıstan Prezidenti ilə əla danışığım olub” | Trampdan paylaşım

07 noyabr 2025 85 baxış

ABŞ Prezidenti Donald Tramp əmindir ki, bir çox ölkələr İsraillə münasibətləri normallaşdırmaq üçün "İbrahim sazişi"nə qoşulmaq niyyətindədir. Amerika lideri bu barədə "Truth Social" hesabında məlumat verib.

"İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə əla danışığım olub. Qazaxıstan mənim ikinci səlahiyyət müddətim ərzində "İbrahim sazişi"nə qoşulan ilk ölkədir və sözügedən imzanı atmaqla o, bir çoxlarından daha fəal olduğunu göstərdi. Bu, bütün dünyada körpülərin qurulmasında mühüm addımdır. Günümüzdə daha çox ölkə mənim "İbrahim saziş"im vasitəsilə sülh və firavanlıq axtarır. Biz tezliklə onun rəsmiləşdirilməsi üçün imzalanma mərasimi elan edəcəyik və bir çox ölkələr bu güc klubuna daxil olmaq istəyir", – deyə o yazıb.

"Qazaxıstan ABŞ Prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunu dəstəkləyir".

Bunu isə öz növbəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla ikitərəfli danışıqları zamanı deyib.

Onun sözlərinə görə, TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər.

Liderlər Qazaxıstan və ABŞ arasında dəyəri 17 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanmasını alqışlayıblar. Tərəflər həmçinin beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

Tokayev qeyd edib ki, Amerika lideri daha təhlükəsiz, sabit və firavan dünyanın təmin edilməsinə həlledici töhfə verir.

Ekipaj üzvləri evakuasiya tələb edirlər | Bolqarıstanın cənubunda...

Ekipaj üzvləri evakuasiya tələb edirlər | Bolqarıstanın cənubunda...

Dünya
06 dekabr 2025 85 baxış
Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya

Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya

Dünya
06 dekabr 2025 85 baxış
Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu

Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu

Dünya
06 dekabr 2025 85 baxış
Hansı ölkələr “Avroviziya 2026”da iştirak etməyəcək?

Hansı ölkələr “Avroviziya 2026”da iştirak etməyəcək?

Dünya
06 dekabr 2025 85 baxış
ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV

ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV

Dünya
06 dekabr 2025 85 baxış
Tramp Milad bayramında Qəzzadakı uşaqları sevindirəcək? - Baku TV

Tramp Milad bayramında Qəzzadakı uşaqları sevindirəcək? - Baku TV

Dünya
06 dekabr 2025 85 baxış
Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər

Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər

Dünya
06 dekabr 2025 85 baxış
Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Dünya
06 dekabr 2025 85 baxış
Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

Dünya
05 dekabr 2025 85 baxış
Qəzzada ölənlərin sayı 70 mini ötüb

Qəzzada ölənlərin sayı 70 mini ötüb

Dünya
05 dekabr 2025 85 baxış
Seçilmişlər
icon