Pleyeri seçin:

Qəhvə ilə limon qarışığının arıqlamağa təsiri

22 aprel 2026 22 baxış

İspaniyalı antropoloq və diyetoloq Cemma Orte qəhvə ilə limon qarışığının arıqlamağa kömək etdiyi barədə yayılan fikirlərin əsassız olduğunu bildirib.

Mütəxəssis bu qarışığın nəinki arıqlamağa kömək etmədiyini, hətta həzm sisteminə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Həkimin sözlərinə görə, qəhvə maddələr mübadiləsini sürətləndirsə də, ona limon şirəsi əlavə etmək bu prosesdə heç bir əlavə effekt yaratmır. Həmçinin bu qarışığın acqarına qəbulu mədənin qıcıqlanmasına və turşuluğun artmasına səbəb ola bilər. Xüsusilə həssas həzm sistemi olan və ya yüksək stres səviyyəsi müşahidə edilən insanlarda bu içki ciddi narahatlıq yarada bilər.

Diyetoloq izah edib ki, qəhvə mərkəzi sinir sistemini stimullaşdırır, enerji sərfini artırır və yağ turşularının parçalanmasına kömək edir, lakin bu təsir məhduddur və ciddi çəki azalmasına səbəb olmur. Limonun suya əlavə edilməsi isə orqanizmin su balansını qorumağa və az miqdarda C vitamini qəbuluna kömək edə bilər.

Ekspert vurğulayıb ki, möcüzəvi "yağ yandıran" içkilər mövcud deyil. Bəzi içkilər maddələr mübadiləsini yalnız dolayı yolla dəstəkləyə bilər. Məsələn, yaşıl çay enerji sərfini bir qədər artırır, zəncəfilli içkilər, həzmi və insulin həssaslığını yaxşılaşdırır, darçın, qlükoza səviyyəsindəki kəskin dəyişiklikləri azalda bilir. Lakin bu təsirlər yalnız balanslı qidalanma və fiziki aktivliklə birlikdə effektiv olur.

Kopyalandı
İranda ABŞ-nin elan etdiyi atəşkəs rejiminin uzadılması şübhə ilə qarşılanır

İranda ABŞ-nin elan etdiyi atəşkəs rejiminin uzadılması şübhə ilə qarşılanır

Dünya
22 aprel 2026 22 baxış
Atəşkəs bitir, yoxsa...? - Tramp İrana qarşı şərtlərini açıqladı - Baku TV CANLI

Atəşkəs bitir, yoxsa...? - Tramp İrana qarşı şərtlərini açıqladı - Baku TV CANLI

Dünya
22 aprel 2026 22 baxış
Rusiya səfiri Solovyovun Melonini təhqir etməsinə görə İtaliya XİN-ə çağırıldı

Rusiya səfiri Solovyovun Melonini təhqir etməsinə görə İtaliya XİN-ə çağırıldı

Dünya
22 aprel 2026 22 baxış
Yumurtanın ürək-damar sağlamlığına təsiri

Yumurtanın ürək-damar sağlamlığına təsiri

Dünya
22 aprel 2026 22 baxış
Vensin Pakistana səfəri təxirə salınıb?

Vensin Pakistana səfəri təxirə salınıb?

Dünya
22 aprel 2026 22 baxış
Risk qrupuna kimlər daxildir?

Risk qrupuna kimlər daxildir?

Dünya
22 aprel 2026 22 baxış
Ukraynanın Sumı şəhəri dron və raket hücumuna məruz qalıb | 15 yaralı var

Ukraynanın Sumı şəhəri dron və raket hücumuna məruz qalıb | 15 yaralı var

Dünya
22 aprel 2026 22 baxış
Livanda müharibə zamanı ölənlərin dəfn mərasimi keçirilib

Livanda müharibə zamanı ölənlərin dəfn mərasimi keçirilib

Dünya
22 aprel 2026 22 baxış
İsrailin vurduğu ziyan 1,4 milyard dollar qiymətləndirilir

İsrailin vurduğu ziyan 1,4 milyard dollar qiymətləndirilir

Dünya
22 aprel 2026 22 baxış
Rəsmi Tehran iranlıların həbsinə münasibət bildirdi

Rəsmi Tehran iranlıların həbsinə münasibət bildirdi

Dünya
22 aprel 2026 22 baxış
Seçilmişlər
icon