İranın strategiyası üzə çıxdı | Gizli hazırlıqlar: Xamenei razılıq verir, Qalibaf isə... - Baku TV
İran ətrafında baş verən son hadisələr bir daha göstərir ki, Tehran üçün danışıqlar yalnız diplomatik proses yox, həm də ciddi siyasi və psixoloji oyundur. İlk baxışdan ziddiyyətli görünən iki mesaja diqqət yetirək. Bir tərəfdən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirir ki, ölkə “təhdid kölgəsi altında” ABŞ ilə danışıqlara getməyəcək. Digər tərəfdən isə İranın yeni ali lideri Müctəba Xamenei İslamabadda keçiriləcək danışıqlara “yaşıl işıq” yandırır.
Bu ziddiyyət, əslində, təsadüfi deyil. Tehran burada incə balans qurmağa çalışır, həm daxili auditoriyaya, həm də xarici aktorlara mesaj verir ki, İran heç bir gücün təzyiqi altında danışıqlara getmir. Qalibafın sərt bəyanatları məhz bu məqsədə xidmət edir. Yəni Tehran ABŞ Prezidenti Donald Trampın təzyiq siyasətinə boyun əymir.
Eyni zamanda Müctəba Xameneinin danışıqlara “yaşıl işıq” yandırması İranın diplomatiyadan da imtina etmədiyini göstərir. Sadəcə olaraq Tehran istəyir ki, bu proses təzyiqin nəticəsi kimi yox, suveren qərar kimi təqdim olunsun. Bu isə klassik “ikixətli strategiya”dır.
Birinci xətt – ictimai ritorika: sərt, kompromissiz və müqavimət üzərində qurulub. İkinci xətt – pərdəarxası diplomatiya: real danışıqlar, kompromis axtarışı və vaxt qazanmaq məqsədi daşıyır.
#Müctəba Xamenei teqi istifadə olunub
- İran və ABŞ arasında danışıqlar baş tutacaq? - Baku TV CANLI
- Hörmüz boğazında ticarət gəmilərinə atəş açıldı - Baku TV
- Xamenei İran xalqının qələbəsini elan etdi - Baku TV CANLI
- Müctəba Xameneidən ABŞ və İsrailə sərt xəbərdarlıq - Baku TV
- Müharibənin iqtisadi nəticələrinin aradan qaldırılması üzrə qrup yaradılır
