Ermənistanın siyasi gələcəyini müəyyən edəcək tarixi səsvermə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda yerli vaxtla saat 08:00-da parlament seçkilərində səsvermə başlayıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2 milyon 485 851 nəfər səsvermə hüququna malikdir.
Ölkə üzrə 2005 seçki məntəqəsi açılıb. Səsvermə saat 20:00-da başa çatacaq. Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə – iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % və 10 % hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.
Seçkiqabağı kampaniya əhəmiyyətli xarici təsir şəraitində keçib və ekspertlərin qiymətləndirmələrinə görə, bunun əsas mənbəyi Rusiya olub. Ölkənin aidiyyəti qurumları müxalif bloklar və partiyalar tərəfindən seçicilərin ələ alınması cəhdlərini dəfələrlə qeydə alıb.
"GALLUP International Association"ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun məlumatlarına əsasən, opponentlərin 32,4 %-i hazırkı Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasına səs verməyə hazırdır.
#Ermənistan teqi istifadə olunub
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
