Pleyeri seçin:
Qeyri-adi qərar | Bu kəndin sakinlərinə xəstələnmək olmaz, çünki…
İtaliyanın cənubundakı Kalabriya regionunun Katanzaro əyalətindəki Belkastro kəndində sakinlərin xəstələnməsi qadağan olunub.
Bələdiyyə sədri Antonio Torçianın imzaladığı qərarla kənd sakinlərinə təcili yardım və tibbi müdaxilə tələb edən hər hansı xəstəliyə yoluxmamaq və mümkün qədər evdə qalaraq istirahət etmək tapşırılıb.
Bu qərarın yumoristik addım olduğunu deyən bələdiyyə sədri məqsədin bölgənin səhiyyə sistemindəki çatışmazlıqlara diqqət çəkmək olduğunu bildirib.
Qeyd edib ki, kənddəki 1200-dək sakinin təxminən yarısı 65 yaşdan yuxarıdır və buradakı növbətçi tibb məntəqəsi fasilələrlə fəaliyyət göstərir. Kəndə ən yaxın təcili yardım xidməti isə 45 kilometr uzaqlıqda yerləşir və buraya gedən yolda sürət həddi saatda 30 kilometrdir.
Kopyalandı
#İtaliya teqi istifadə olunub
- SOCAR-ın 10 faizlik pay əldə etdiyi "Baleine" layihəsi hansı xüsusiyyətləri ilə seçilir? - Baku TV
- İtaliyada məktəblərdə niqabın qadağan edilməsi və yeni şagird limiti gündəmdədir - Baku TV
- İtaliya hökuməti məktəblərdə niqab geyinməyi qadağan edə bilər - Baku TV CANLI
- Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI
- “Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni
