Dünya
Pleyeri seçin:

Qəzzada son vəziyyət | Ölənlərin sayı ilə bağlı dəhşətə gətirən rəqəm

29 avqust 2024

10 aydan artıqdır ki, Qəzzada müharibə davam edir.

İordan çayının qərb sahilinin hədəf alındığı bir vaxtda İsrail Ordusu paralel olaraq Qəzza və Livana da hücumlar həyata keçirir. Həm İsrail, həm də Misirin sərhədlərini əsasən bağlı saxlaması da Qəzzada onsuz da zəifləmiş iqtisadi və humanitar vəziyyətin daha da pisləşməsinə şərait yaradıb.

Münaqişə başlayandan bu günə qədər açıqlanan statistika da dəhşət saçır.

Son rəqəmlərə görə, ötən 328 gündə müharibədə 41 081 nəfər fələstinli həlak olub. Ölənlərin 16 mindən çoxunu azyaşlılar təşkil edir. 93 534 nəfər isə yaralanıb, 10 mindən çox insan itkin düşüb. Hər saat Qəzzada 6-sı uşaq olmaqla ortalama 15 nəfər ölür, 35 nəfər yaralanır.

Əraziyə 42 bomba atılır və 12 yaşayış binası yerlə-yeksan edilir. İordan çayının qərb sahilinə gəldikdə ölənlərin sayı 646-nı, yaralananların sayı isə 5 400 nəfəri keçib. İsrail tərəfdən isə açıqlanan rəqəmlərə görə, 1 139 nəfər həlak olub, 8 730-dan çox insan isə xəsarət alıb.

Qətərin “Əl-Cəzirə” telekanalı isə bildirib ki, Qəzzadakı tikililərin yarısından çoxu artıq dağıdılıb. Yol infrastrukturunun və əkin sahələrinin 65 faizi də yararsız hala düşüb. Müharibənin qurbanları yalnız bununla da bitmir. Münaqişə nəticəsində əksəriyyəti fələstinlilər olmaqla 125-dən çox jurnalist həlak olub. Onlar arasında livanlı, israilli jurnalistlər də var.

Qeyd edək ki, bütün bunların fonunda İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzadakı müharibə barəsində açıqlama verib. O, cəbhədə aparılan əməliyyatların dayandırılmadığını və bu başlıq altında paylaşılan xəbərlərin yalan olduğunu bildirib. Baş nazir hələ də hekayənin, yəni münaqişənin sonunun gəlmədiyini söyləyib. 

İsrailin İrana qarşı hərbi imkanları | İrana çata biləcək silahlar açıqlandı

İsrailin İrana qarşı hərbi imkanları | İrana çata biləcək silahlar açıqlandı

Dünya
09 oktyabr 2024
Bin Ladenin oğluna Fransadan rəsmi qadağa | Qalmaqal yaradan qərar

Bin Ladenin oğluna Fransadan rəsmi qadağa | Qalmaqal yaradan qərar

Dünya
09 oktyabr 2024
Bu hücumdan sonra İsrail Livandan tələb etdi ki... | Ölənlər və yaralananların sayı

Bu hücumdan sonra İsrail Livandan tələb etdi ki... | Ölənlər və yaralananların sayı

Dünya
09 oktyabr 2024
İsrailin müdafiə nazirindən təcili qərar | İrana nə vaxt zərbə endiriləcək?

İsrailin müdafiə nazirindən təcili qərar | İrana nə vaxt zərbə endiriləcək?

Dünya
09 oktyabr 2024
Rusiyada tibbdə inqilab yaradacaq kəşflər | Dərman və vaksinlər isə…

Rusiyada tibbdə inqilab yaradacaq kəşflər | Dərman və vaksinlər isə…

Dünya
09 oktyabr 2024
İsrail Ordusu İran səfirliyinin yaxınlığına zərbə endirib | Yaralananlar var

İsrail Ordusu İran səfirliyinin yaxınlığına zərbə endirib | Yaralananlar var

Dünya
09 oktyabr 2024
İsrail kütləvi raket hücumuna məruz qaldı

İsrail kütləvi raket hücumuna məruz qaldı

Dünya
09 oktyabr 2024
Moskvada Paşinyanla Putin arasında yeni anlaşma | Ermənilər hansı ölkə ilə sərhədi qoruyacaq?

Moskvada Paşinyanla Putin arasında yeni anlaşma | Ermənilər hansı ölkə ilə sərhədi qoruyacaq?

Dünya
09 oktyabr 2024
BMT Baş katibindən çağırış | Münaqişənin genişlənməsindən narahatıq

BMT Baş katibindən çağırış | Münaqişənin genişlənməsindən narahatıq

Dünya
09 oktyabr 2024
Nəsrullahın qohumları hədəfə alındı | Detallar açıqlandı

Nəsrullahın qohumları hədəfə alındı | Detallar açıqlandı

Dünya
09 oktyabr 2024
Seçilmişlər
icon