Qrenlandiya Rusiyaya qarşı silahlandırılır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Qrenlandiyanın Rusiyaya qarşı hərbiləşdirilməsi halında Moskva müvafiq hərbi-texniki tədbirlər görəcək”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən konfransda bildirib.
“Prezident Putinin qeyd etdiyi kimi, ABŞ, Danimarka və Qrenlandiya sakinlərinin fikirlərini nəzərə alaraq almalıdır. Əgər Qrenlandiya hərbiləşdirilərsə və Rusiyaya yönəlmiş hərbi imkanlar yaradılarsa, biz hərbi-texniki tədbirlər də daxil olmaqla müvafiq əks tədbirlər görəcəyik”, – deyə Lavrov qeyd edib.
Eyni zamanda nazir Arktikanın sülh və əməkdaşlıq zonası olaraq qalması lazım olduğuna dair prinsipial mövqeyini vurğulayıb.
Rusiya xarici işlər naziri əlavə edib ki, Putinin Strateji Hücum Silahları Müqaviləsi ilə bağlı irəli sürdüyü təşəbbüs Amerika tərəfindən hələ də cavabsız qalıb.
“Biz güman edirik ki, bu yalnız ABŞ-nin də qeyd olunan limitləri aşmadığı müddətcə qüvvədə qalacaq”, – deyə Lavrov qeyd edib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Avropa diplomatları Rusiya XİN rəhbəri ilə eyni kadrda yer almaq istəməyib
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
