Pleyeri seçin:

"Bu əməliyyat daha güclü dövlətə qarşı olsaydı..." | Medvedevdən qalmaqallı açıqlama - Baku TV

05 yanvar 2026 539 baxış

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Federasiya Şurasının üzvü, senator Aleksey Puşkov ABŞ Prezidenti Donald Trampın Venesuelaya qarşı hərbi əməliyyatını qanunsuz və beynəlxalq sabitliyi pozan addım kimi qiymətləndiriblər.

“Reuters” xəbər verir ki, bu açıqlamalar Trampın ABŞ-nin Venesuelaya zərbə endirdiyini, ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılaraq ölkədən çıxarıldığını bildirməsindən sonra səsləndirilib. Hadisə beynəlxalq reaksiyalara və BMT-də təcili müzakirə çağırışlarına səbəb olub.

Medvedev TASS-a açıqlamasında Trampın davranışını açıq-aşkar qanunsuz adlandırsa da, bunun ABŞ-nin milli maraqlarının qorunmasına yönəlmiş ardıcıl siyasət olduğunu bildirib.

Onun sözlərinə görə, Vaşinqton Latın Amerikasını öz “arxa həyəti” kimi görür və Tramp Venesuelanın neft ehtiyatları üzərində təsir imkanları əldə etməyə çalışır.

“Əgər bu cür əməliyyat daha güclü bir dövlətə qarşı həyata keçirilsəydi, bu, açıq şəkildə müharibə aktı kimi qiymətləndirilərdi”, – deyə Medvedev vurğulayıb.

Senator Aleksey Puşkov isə bildirib ki, Trampın addımları və ritorikası diqqətçəkici olsa da, onların real effektivliyi sual altındadır. O bu vəziyyəti ABŞ-nin vaxtilə İraq, Əfqanıstan və Liviyada vaxtından əvvəl qələbə elan etməsi ilə müqayisə edərək, həmin “uğurların” sonradan uzunmüddətli böhranlara çevrildiyini xatırladıb.

Puşkovun fikrincə, Venesuelaya hücum və prezidentin saxlanılması beynəlxalq normaların pozulmasıdır və dünyanı XIX əsrin vəhşi imperializmi dövrünə qaytarır.

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 539 baxış
Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 539 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 539 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 539 baxış
Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Dünya
26 sentyabr 2026 539 baxış
ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 539 baxış
Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 539 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 539 baxış
Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Dünya
26 sentyabr 2026 539 baxış
Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Dünya
26 sentyabr 2026 539 baxış
Seçilmişlər
icon