Dünya
Pleyeri seçin:
"Əl-Cəzirə" İsraildən qovulacaq: İsraildən yeni təklif
İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsi Mossad rabitə naziri Şlomo Karhinin “Əl-Cəzirə”nin ölkədəki bürosunu bağlamaq təklifini dəstəkləyir.
Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Qeyd edək ki, Karhi Qətər televiziyasını HƏMAS-ı dəstəkləməkdə və İsrail əsgərlərini Qəzza zolağından potensial hücumlara məruz qoymaqda günahlandıraraq, hökumətdən “Əl-Cəzirə”nin ölkədəki bürosunun bağlanmasını istəyib.
Belə ki, rabitə naziri tərəfindən irəli sürülən təşəbbüs artıq Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən dəstəklənib. Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi bununla bağlı daha əvvəl əks fikirdə olub. İsrail Baş Təhlükəsizlik Xidməti isə daha təmkinli mövqe tutur, lakin kanalın bürosunun bağlanmasına etiraz etmir.
Kopyalandı
Seçilmişlər