Pleyeri seçin:

"Hiss etdik ki, bütün bina titrədi" | Mağazalarda məhsul çatışmazlığı başladı - Baku TV

20 avqust 2026 86 baxış

Avqustun 20-də Rusiya Ordusu başda paytaxt Kiyev olmaqla Ukraynanın bir sıra vilayətlərinə yenidən kütləvi hava zərbələri endirib.

Hücumlar zamanı əsasən ərzaq anbarları, enerji infrastrukturu və logistika mərkəzləri hədəfə alınıb. Ümumilikdə Rusiya Ordusu 100-ə yaxın ballistik və qanadlı raket, həmçinin 100-dən çox pilotsuz uçuş aparatı vasitəsilə zərbələr endirib. Hava Hücumundan Müdafiə sistemlərində raket çatışmazlığı səbəbindən raketlərin böyük hissəsi hədəfinə çatıb.

Kiyev, Çerniqov, Xarkov, Poltava və Dnepropetrovsk vilayətlərində elektrik stansiyalarının və ərzaq anbarlarının dağılması səbəbindən mağazalarda ərzaq və qeyri-ərzaq məhsullarının qıtlığı müşahidə olunur. Kiyev vilayətinin Brovarı rayonu isə tamamilə işıqsız qalıb.

Kiyevdə həlak olanların sayı 15-ə, yaralıların sayı isə 40-a çatıb. Ölkə üzrə gün ərzində ölənlərin sayının 40-a çatdığı bildirilir. Dağıntılar altında axtarış-xilasetmə işləri davam etdiyindən tələfat sayının artacağı istisna olunmur.

Kiyev sakinləri baş verənlər haqqında danışıblar.

"Hələ də baş verənləri dərk edə bilmirəm. Hər şey bir anda oldu. Allaha şükür ki, sağam. Binaya girməyə icazə vermirlər, xilasedicilər işləyir. Zərbə çox güclü idi. Həyəcan siqnalı verildikdə zirzəmiyə qaçdıq", – onlardan biri söyləyib. 

Vaşinqton Tehranı bu dəfə bombalarla deyil, sanksiyalarla təslim etməyə çalışır - Baku TV CANLI

Vaşinqton Tehranı bu dəfə bombalarla deyil, sanksiyalarla təslim etməyə çalışır - Baku TV CANLI

Dünya
22 avqust 2026 86 baxış
Fransadan Ukraynaya növbəti yardım | Zelenskini sevindirən telefon danışığı - Baku TV CANLI

Fransadan Ukraynaya növbəti yardım | Zelenskini sevindirən telefon danışığı - Baku TV CANLI

Dünya
22 avqust 2026 86 baxış
Vaşinqton öz qoşunlarını Avropanın şərqindən çəkir? | Brüssel nə edəcək? - ANA XƏBƏR

Vaşinqton öz qoşunlarını Avropanın şərqindən çəkir? | Brüssel nə edəcək? - ANA XƏBƏR

Dünya
22 avqust 2026 86 baxış
Ukrayna qışa necə hazırlaşacaq? | Berlin generator və ehtiyat hissələri göndərir - Baku TV CANLI

Ukrayna qışa necə hazırlaşacaq? | Berlin generator və ehtiyat hissələri göndərir - Baku TV CANLI

Dünya
22 avqust 2026 86 baxış
Dənizdə pilotsuz aparatlara qarşı yeni müdafiə başlayıb

Dənizdə pilotsuz aparatlara qarşı yeni müdafiə başlayıb

Dünya
22 avqust 2026 86 baxış
Düşmən ərazisini sarsıdacaq yeni arsenal | Berlin niyə yeni raketlərə keçid edir? - Baku TV CANLI

Düşmən ərazisini sarsıdacaq yeni arsenal | Berlin niyə yeni raketlərə keçid edir? - Baku TV CANLI

Dünya
22 avqust 2026 86 baxış
Ankara Netanyahunun beynəlxalq səviyyədə həbs olunmasını tələb edir - Baku TV CANLI

Ankara Netanyahunun beynəlxalq səviyyədə həbs olunmasını tələb edir - Baku TV CANLI

Dünya
22 avqust 2026 86 baxış
Milyardlarla dollarlıq sərvət onu ağır cəzadan xilas edə bilmədi

Milyardlarla dollarlıq sərvət onu ağır cəzadan xilas edə bilmədi

Dünya
22 avqust 2026 86 baxış
Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi

Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi

Dünya
22 avqust 2026 86 baxış
Tarixi tapıntının kral xəzinəsi ilə əlaqəsi ola biləcəyi ehtimal edilir

Tarixi tapıntının kral xəzinəsi ilə əlaqəsi ola biləcəyi ehtimal edilir

Dünya
22 avqust 2026 86 baxış
Seçilmişlər
icon