"Hizbullah"ın silah anbarından qalmaqallı görüntülər | Ortaya çıxdı ki…
Livanda “Hizbullah” terror təşkilatına məxsus silah anbarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in humanitar yardımı tapılıb.
Bu barədə “New York Post”a İsrailin ehtiyatda olan hərbçisi məlumat verib.
Keçmiş İsrail Ordusunun əsgəri və hazırda Qüdsdəki Misqav Milli Təhlükəsizlik İnstitutunun icraçı direktoru Aşer Fredmanın açıqlamasına görə, anbardan üzərində “USAID” qeyd olunan, “Amerikadan “Hizbullah”a sevgi ilə” göndərilən humanitar yardım paketləri ilə yanaşı, snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələr də aşkar edilib.
Qeyd edək ki, ABŞ Administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Bu qərar Donald Trampın ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder İlon Maskın təşəbbüsü ilə qəbul edilib.
