"Koç Holdinq"in prezidentindən gözlənilməz etiraf | Sıfırdan şirkət qursaydım...
Rahmi Koç “Koç Holdinq”in fəxri prezidenti və Türkiyənin tanınmış iş adamlarından biridir.
Rahmi Koç atasının – Vehbi Koçun uğurlarını daha da irəlilətmiş bir şəxsdir.
Hazırda “Koç Holdinq”in fəxri prezidenti olan Rahmi Koç türk iş dünyasında hörmətli bir yerə malikdir. Bəs o, bu gün sıfırdan bir şirkət açsa, hansı sektorda fəaliyyət göstərəcəkdi?
Rahmi Koç sıfırdan bir iş qurmaq istəsə, hansı sektora yönələcəyini bir reportajda açıqlayıb. Bu reportajda ona “Sıfırdan bir iş açsanız, hansı sektora girərsiniz” sualı verilib. O, müasir trendləri nəzərə alaraq, süni intellektə yönələcəyini bildirib:
“Yəqin ki, süni intellekt sektoruna girərdim. Bəzən dəbə uyğun olaraq sektora dəyişiklik olur. İndi isə süni intellekt dəbdədir. Mən də süni intellekt işinə girərdim və bir startap başladardım”.
Bu seçim Rahmi Koçun iş dünyasında yenilikçi olma istəyini və gələcəyə dair baxışını göstərir. O, süni zəkanın artan əhəmiyyətinə diqqət çəkir və müştərilərin dəyişən tələblərini nəzərə almağın vacibliyini vurğulayır. Bu da onu Türkiyənin ən uğurlu iş adamlarından biri edən amillərdən biridir.