"Oceangate Expeditions" fəaliyyətini dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin “OceanGate Expeditions” şirkəti “Titan” sualtı gəmisinin Atlantik okeanında batmasından sonra fəaliyyətini dayandırıb.
Bu barədə şirkətin saytında yerləşdirilən məlumatda qeyd edilib. “OceanGate” bütün tədqiqat və kommersiya fəaliyyətini dayandırır”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, iyunun 19-da “OceanGate Expeditions” şirkəti “Titanik”in batdığı yerə turistləri çatdırmaq üçün nəzərdə tutulan “Titan” sualtı gəmisi ilə əlaqənin kəsildiyini açıqlayıb.
İyunun 22-də isə ABŞ-nin Sahil Mühafizə Xidməti “Titanik”in yaxınlığında “Titanın” qalıqlarını aşkar edib. Daha sonra isə tapılan qalıqların itkin gəminin vanna otağının hissələri olduğu təsdiqlənib. Aparılan təhlillər nəticəsində gəmidəki 5 şəxsin də öldüyü məlum olub.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
