"Putinin ruhu belə duymayacaq!" | Ölkələr Rusiyaya qarşı birləşdi, hücum planı...
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna yaxın vaxtlarda Rusiya ərazisinə təsir göstərmək imkanına malik olacaq.
Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.
Nazir qeyd edib ki, Ukraynaya yeni silahların tədarükü maliyyə deyil, daha çox istehsal gücü məsələsidir:
“Bu, pul məsələsi deyil. Söhbət Ukrayna və Avropa hərbi zavodlarının istehsal imkanlarından gedir. Avropa tərəfdaşları hazırda bu məsələ üzərində işləyir”.
Y.Vadeful əlavə edib ki, Ukraynanın özünü müdafiə etmək hüququ var və yaxın gələcəkdə Rusiya ərazisinə də təsir göstərə biləcək silah sistemlərinə sahib olacaq:
“Ukrayna hücumlardan müdafiə olunmaq hüququna malikdir. O həmçinin Rusiya ərazisinə təsir göstərə biləcək. Amma Ukraynaya hansı silahları verdiyimizi Vladimir Putinə deməyəcəyik”.
Almaniya xarici işlər naziri onu da bildirib ki, artıq Vladimir Putinin Ukraynaya hücumlarının arxasındakı məntiqi anlamağa çalışmır:
“O, yalnız planının işləmədiyini dərk etdikdə dayanacaq”.
#Almaniya XİN teqi istifadə olunub
- Aİ Təl-Əvivə qarşı yeni sanksiyalar tətbiq edə bilər - Baku TV
- Moskvanın hədələri Berlini Ukraynaya dəstəkdən çəkindirə biləcəkmi? - Baku TV
- İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı
- İranın ərazi bütövlüyü qorunmalıdır | Almaniyanın xarici işlər naziri
- Almaniya xarici işlər naziri: Macarıstan Avropaya xəyanət etdi
