"Quran"dakı şok işarə | Əsrlərlə aşkarlanmayan müəmmalı şəhər niyə yerlə yeksan oldu? - ARAŞDIRMA
Yeniliklərdən dərhal xəbərdar olun
Mars səthini xatırladan Petra – qırmızı qayalar içində qurulmuş qədim Nəbatilər şəhəridir. Uzaq Şərqlə Aralıq dənizi arasındakı ticarət yollarını birləşdirən bu şəhərin sakinləri xərac toplayaraq varlanmış və evlərini uca qayalara oyaraq inşa etmişdilər.
1812-ci ildə isveçrəli səyyah İohan Burkhard ərəb libasında bədəvilərin etibarını qazanaraq dar Siq keçidindən keçib bu sirli şəhəri dünyaya tanıtdı. Keçidin sonunda günəş şüaları altında çəhrayı rəngə boyanan möhtəşəm Əl-Xəznəyə – Petra simvoluna mənzərə açılır.
Şəhər qədim dini ayinlərin mərkəzi olub. Bəzi tədqiqatçılar Petra ilə Quranda adı çəkilən Bəkkə arasında əlaqə olduğunu iddia etsə də, islam alimləri bunun əsassız olduğunu bildirirlər.
Petra sonradan Roma İmperiyası tərəfindən işğal edilib və güclü zəlzələ şəhərin süqutunu daha da sürətləndirib. Buna baxmayaraq, 5-6-cı əsrlərdə burada həyat davam edib, yeni xristian məbədləri tikilib.
Baku TV bu gün hələ də araşdırılan, memarlıq sirləri tam açılmayan Petra haqqında bu və digər maraqlı məlumatları təqdim edir.
#İordaniya teqi istifadə olunub
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Azərbaycanlılar üçün vizasız ölkələrin sayı artır - Baku TV CANLI
- Bu ölkədə azərbaycanlılar üçün viza tələbi aradan qalxır - Baku TV
- İranın növbəti hava hücumu dəf olundu
- İordaniyaya sarsıdıcı hücum | ABŞ ağır itki ilə üzləşdi - Baku TV
