Pleyeri seçin:

"Ramazanda İrana hücum etmək..." | Neft qiymətlərində kəskin artım olacaq? - Baku TV

24 fevral 2026 106 baxış

İran ətrafında baş verən hadisələr enerji qiymətlərini yenidən aktuallaşdırır. Artıq bu proses özünü neftin qiymətində göstərməkdədir.

Belə ki, fevralın 17-dən başlayaraq “Brent” və Qərbi Texas markalı neftin qiymətində artım müşahidə olunur.

Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, ABŞ ilə İran arasında nüvə proqramı ilə bağlı razılaşma əldə edilməsə, iki ölkə arasındakı gərginlik davam edəcək və bu da qiymətlərə təsir göstərəcək:

“Heç bir tərəf öz dediyindən geri çəkilmək istəmir. Ancaq müxtəlif variantlar təklif olunur. Digər tərəfdən isə indi Ramazan ayıdır. Ramazan ayında İrana hücum etmək ABŞ ilə müsəlman ölkələri arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Ona görə bu gərginliyin ən azından bir ay davam edəcəyi proqnozlaşdırılır”.

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, neftin qiymətinin artım səviyyəsi ABŞ və İran arasındakı qarşıdurmanın davametmə müddətindən asılı olaraq iki dəfəyədək yüksələ bilər:

“Əgər müharibə başlasa, qiymətlər ən azı 15–20 % bahalaşacaq. Əgər müharibə Hörmüz boğazını da əhatə etsə, yəni Hörmüz boğazında enerji ticarəti dayansa, qiymətlər hətta iki dəfəyə qədər arta bilər. Müharibənin müddəti, yayılma arealı, Hörmüz boğazına keçib-keçməməsi və İranın reaksiyası kimi faktorlar qiymətlərin həm aşağı, həm də yuxarı istiqamətdə hərəkətinə ciddi təsir göstərəcək”.

ABŞ Prezidenti İranın Xarq adasından danışdı

ABŞ Prezidenti İranın Xarq adasından danışdı

Dünya
16 mart 2026 106 baxış
SEPAH-ın sabiq komandanı Xameneinin müşaviri təyin edildi

SEPAH-ın sabiq komandanı Xameneinin müşaviri təyin edildi

Dünya
16 mart 2026 106 baxış
Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA

Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA

Dünya
16 mart 2026 106 baxış
İlbər Ortaylının dəfn mərasimi keçirildi

İlbər Ortaylının dəfn mərasimi keçirildi

Dünya
16 mart 2026 106 baxış
"İran böyük səhvə yol verdi, indi də..." | Regionu ərəb-fars müharibəsi gözləyir? - Baku TV

"İran böyük səhvə yol verdi, indi də..." | Regionu ərəb-fars müharibəsi gözləyir? - Baku TV

Dünya
16 mart 2026 106 baxış
Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV

Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV

Dünya
16 mart 2026 106 baxış
İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV

İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV

Dünya
16 mart 2026 106 baxış
ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər

ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər

Dünya
16 mart 2026 106 baxış
İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi

İsrail müdafiə naziri “Hizbullah”ı hədələdi

Dünya
16 mart 2026 106 baxış
İsrail İranın peyk mərkəzini məhv etdiyini açıqladı - Baku TV CANLI

İsrail İranın peyk mərkəzini məhv etdiyini açıqladı - Baku TV CANLI

Dünya
16 mart 2026 106 baxış
Seçilmişlər
icon