"Ryugu" asteroidinin tarixi ortaya çıxdı | Bu tapıntı sübut edir ki...
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin alimləri “Ryugu” asteroidinin tərkibini və tarixini öyrənmək üçün onun nümunələrini təhlil ediblər.
Alimlər müəyyən ediblər ki, nümunələrdə Günəş sistemində 4,6 milyard ilə qədər mövcud olmuş ən qədim materiallar var. Asteroid karbonlu və üzvi maddələrdən, həmçinin su tərkibli minerallardan ibarətdir. Bu da vaxtilə orada suyun mövcudluğundan xəbər verir.
Mütəxəssislər “Ryugu” nümunələrini öyrənmək üçün spektroskopiyadan və Arqon Milli Laboratoriyasının Qabaqcıl Foton Mənbəsindən istifadə ediblər. Bu yanaşma alimlərə asteroidin minerallarının struktur və kimyəvi xüsusiyyətlərini təhlil etməyə və onların zamanla necə dəyişdiyini qiymətləndirməyə imkan verir.
Araşdırma zamanı elm adamları “Ryugu”nun məsaməli bir quruluşa malik olduğunu aşkar ediblər. Bu da asteroiddə radioaktiv istiliyin təsiri altında tədricən əriyən buzun olduğunu sübut edir.
Nümunələrin təhlili alimlərə Günəş sistemində baş verən prosesləri öyrənməyə, eləcə də planetlərin necə əmələ gəldiyini və həyatın yaranmasına səbəb olan amilləri daha yaxşı anlamağa şərait yaradacaq.