Dünya
Pleyeri seçin:
"Taliban" Dohada BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcək
“Taliban” hərəkatının nümayəndələri iyunun 30-dan iyulun 1-dək Dohada keçiriləcək BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcəklər.
Bu barədə Əfqanıstanın yerli mediasına hərəkatın nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, “Taliban” iclasın gündəliyini nəzərdən keçirdikdən sonra konfransda iştirak etmək qərarına gəlib.
Xatırladaq ki, fevral ayında BMT-nin himayəsi altında Dohada keçirilən sonuncu konfransda 25 ölkənin nümayəndələri Əfqanıstanla qarşılıqlı fəaliyyət üçün yol xəritəsini müzakirə ediblər.
Kopyalandı
Seçilmişlər