Pleyeri seçin:

Qütbdən qütbə uzanan nəhəng atmosfer dalğası qeydə alınıb

30 iyul 2026 359 baxış

Alimlər Veneranın atmosferinin yuxarı qatlarında nəhəng konsentrik halqalar aşkar ediblər.

Bu halqalar planetin Günəş işığı düşən yarımkürəsinin böyük hissəsini əhatə etsə də, adi əks olunmuş işıqda görünməyib və yalnız xətti polyarizasiya üsulu ilə aparılan müşahidələr zamanı üzə çıxıb.

Qeyri-adi siqnal ilk dəfə 2010-cu il mayın 24-də 36 dəqiqə davam edən təsadüfi müşahidə zamanı qeydə alınıb. Lakin alimlər bu kəşfi yalnız indi ictimaiyyətə açıqlayıblar. Onlar fenomenin fiziki izahını hələ də tapa bilmədiklərini bildiriblər.

Müşahidələr zamanı Veneranın atmosferində indiyədək heç vaxt müşahidə olunmamış konsentrik halqalar görünməyə başlayıb. Kəşf yalnız müşahidələr başa çatdıqdan sonra müəyyən edildiyi üçün eksperimentin təkrarlanması mümkün olmayıb. Həmin vaxt ExPo cihazı artıq sökülmüşdü. Məhz buna görə tədqiqatçılar nəticələri uzun müddət dərc etməyiblər.

Tədqiqat müəlliflərindən biri təxminən yeddi il sonra bu müşahidəyə yenidən qayıdıb. Buna səbəb Yaponiyanın "Akatsuki" kosmik zondunun Venera atmosferində qütbdən qütbə uzanan nəhəng atmosfer dalğasını qeydə alması olub. Sonrakı modelləşdirmələr göstərib ki, planetin atmosferində sıxlığı 5-10% artıran və Günəş enerjisinin daşınmasına kömək edən planetar miqyaslı dalğalar yarana bilər.

Alimlər hesab edirlər ki, bu proses Günəşin bulud qatını qızdırması və nəticədə yaranan pozuntuların güclü küləklər vasitəsilə daşınması ilə əlaqədar ola bilər.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 359 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 359 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 359 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 359 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 359 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 359 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 359 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 359 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 359 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 359 baxış
Seçilmişlər
icon