Pleyeri seçin:

Robotların elektron profilində nələr yer alacaq?

19 may 2026 384 baxış

Çin humanoid robotlar üçün nəzərdə tutulan rəqəmsal şəxsiyyət vəsiqəsi – ID sisteminin sınaqlarına start verib.

Yerli medianın yaydığı məlumata görə, Hubey əyalətində bir sıra modellərə "pasport" rolunu oynayacaq rəsmi ID nömrələr təqdim edilib. Yeni sistemə əsasən, hər bir cihaza onun bütün parametrlərini özündə əks etdirən xüsusi rəqəmsal şifrə təyin olunacaq. Həmin elektron profildə istehsalçı şirkət, model və seriya nömrəsi, cihazın konfiqurasiyası və avtonomluq dərəcəsi, keçdiyi təmir işləri və texniki xidmət tarixçəsi, akkumulyatorların vəziyyəti və mexanizmlərin köhnəlmə dərəcəsi kimi vacib məlumatlar yer alacaq.

Təşəbbüs çərçivəsində robotların istismar müddəti boyunca vəziyyətini nəzarətdə saxlamağa imkan verəcək vahid rəqəmsal qeydiyyat platformasının qurulması planlaşdırılır.

Çin mütəxəssislərinin fikrincə, bu cür yenilik texniki xidməti sadələşdirməklə yanaşı, yaranan nasazlıqların diaqnostikasını da sürətləndirəcək.

Layihənin digər önəmli məqsədi robototexnikanın təkrar bazarı üçün etibarlı mühit yaratmaqdır.

Çin mətbuatının verdiyi məlumata əsasən, bəzi istehsalçı şirkətlər kodlaşdırma sistemini artıq uğurla sınaqdan keçiriblər. Layihənin ilkin mərhələsi sənaye, xidmət və təhsil sektorlarında tətbiq olunan humanoid robotlara şamil ediləcək.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 384 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 384 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 384 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 384 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 384 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 384 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 384 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 384 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 384 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 384 baxış
Seçilmişlər
icon