Rostov təcridxanasında təhlükəli anlar | İŞİD fəalı olan məhkumlar bu dəfə....
Rostov 1 saylı istintaq təcridxanasında üsyan edən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.
Rusiya mediası İnquşetiya sakinləri Akiyev Şamil, Qiriyev Tamerlan, Tsiskiyev Azamatın İŞİD-in tərkibində döyüşdüklərinə görə 2023-cü ilin dekabrında mühakimə olunduqlarını bildirib.
Həmin şəxslər Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırdıqlarına görə 18 il müddətinə azadlıqdan məhrum olunublar.
Qeyd olunub ki, məhkumlar istintaq təcridxanasındakı kamerada pəncərənin barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar. Təcridxananın 2 əməkdaşını girov götürüblər. Onlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.
Həmçinin sosial şəbəkələrdə əllərində bıçaq və İŞİD-in simvolu, bayrağı olan həmin şəxslərin videogörüntüləri yayılıb. Məlumata görə, təcridxanada işçiləri girov götürməyə bir neçə ay imiş ki, hazırlıq gedirmiş.
Rostov istintaq təcridxanasında girov götürənlərin hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyasının yoxlanılacağı bildirilir. Çevrilişə cəhd edən şəxslər zərərsizləşdiriliblər. Əməliyyat zamanı həmin şəxslər məhv edilsə də, girovlar xəsarət almayıblar.
#Rostov şəhəri teqi istifadə olunub
- Rostovda dron istehsalı zavoduna raketlə zərbə endirilib - Baku TV CANLI
- Ukrayna Rusiyanın bu ərazilərinə hücum etdi | Müharibədə son vəziyyət
- Karateçilərimiz "Avrasiya Kuboku 2023" turnirində mübarizə aparacaq
- Ukraynanın PUA-larla Rusiyaya hücuma keçməsi necə nəticələndi?
- Çeçenistan qüvvələri Rostovda
