Pleyeri seçin:

Rusiya bu ölkəyə hücuma keçsə... | “The Telegraph”dan məlumat 

23 dekabr 2025 652 baxış

Avropa İttifaqının (Aİ) bir ölkəsində təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzindədir. Bu, Rusiyanın Avropa ölkələrinə yönəlik riskli fəaliyyətləri ilə bağlı müzakirələr fonunda baş verir.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşr yazıb ki, dünya səviyyəsində geosiyasi gərginliyin artması fonunda, xüsusilə Rusiyadan gələn təhdidlər qarşısında Avropanın müdafiə sisteminin zəif tərəflərini göstərən fikirlər getdikcə daha çox səslənir.

Hərbi mütəxəssislər təhdidləri aşkarlama və neytrallaşdırma qabiliyyəti olmayan dövlətlərdən narahatdırlar.

İrlandiyalı senator və təqaüddə olan ordu kapitanı Tom Klonan bildirib ki, onun ölkəsi Avropada təhlükəsizlik, müdafiə və kəşfiyyat baxımından ən zəif halqadır:

“İrlandiya müasir avadanlıqlara malik deyil və onu dayandıra biləcək silahları yoxdur. Bu, ölkəni tamamilə müdafiəsiz və provovativ şəkildə zəif vəziyyətdə qoyur”.

“The Telegraph”ın məlumatına görə, İrlandiya üçün potensial risklər əsasən birbaşa hərbi müdaxilə ilə deyil, “boz zona” təhdidləri ilə bağlıdır. Söhbət qonşu sularda çəkilmiş sualtı kabellər və qaz boru xətləri şəbəkəsindən gedir.

Analitiklərin sözlərinə görə, Transatlantik kabellərin təxminən üçdəbiri İrlandiya sərhədləri və ya onların yaxınlığından keçir.

Qəzet xatırladır ki, keçən ilin noyabrında Rusiyanın kəşfiyyat gəmisi “Microsoft” və “Google”un istifadə etdiyi, Avropadakı mərkəzləri İrlandiyada yerləşən kabellərin yaxınlığında müşahidə olunub. Bundan başqa, ölkədə müasir radar və hidroakustik sistemlər yoxdur və Rusiyanın fəaliyyətləri haqqında məlumatı tez-tez yalnız beynəlxalq təşkilatlar, xüsusilə Böyük Britaniyadan alırlar.

2023-cü ilin dekabrında Böyük Britaniyanın hərbi gəmisi və helikopteri Rusiyanın sualtı gəmisini Kork limanından çıxarmışdı. Ukrayna Prezidenti Volodimir Zelenskinin İrlandiya səfəri zamanı da ölkənin hava məkanında Rusiya PUA-ları müşahidə olunmuşdu. Amma bunlara baxmayaraq, İrlandiya hakimiyyəti ölkənin müdafiə durumu və müdafiə siyasətinə yenidən baxılması barədə açıqlama verməyib.

Banner
Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?

Dünya
01 noyabr 2026 652 baxış
Trampdan İrana yeni zərbə mesajı

Trampdan İrana yeni zərbə mesajı

Dünya
01 noyabr 2026 652 baxış
Polşada daxili gərginlik

Polşada daxili gərginlik

Dünya
01 noyabr 2026 652 baxış
Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib

Dünya
01 noyabr 2026 652 baxış
Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər

Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər

Dünya
01 noyabr 2026 652 baxış
Neft tankeri minaya düşüb, yoxsa vurulub?

Neft tankeri minaya düşüb, yoxsa vurulub?

Dünya
01 noyabr 2026 652 baxış
2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir

Dünya
01 noyabr 2026 652 baxış
Ukrayna müharibəsinin taleyi  yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI

Dünya
01 noyabr 2026 652 baxış
Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 652 baxış
Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV

Dünya
01 noyabr 2026 652 baxış
Seçilmişlər
icon