Rusiya ermənipərəst aparıcı Solovyova milyardlarla pul ayırırmış
2023 və 2024-cü illərdə Rusiya hakimiyyəti teleaparıcı Vladimir Solovyova hər il 1,5 milyard rubl, yəni 16 milyon 340 min dollar pul ayırıb.
Bu barədə “Delfi Estonia” Vladimir Putin Administrasiyasının daxili sənədlərinin “sızmasın”dan əldə etdiyi məlumatlara əsasən bildirib.
“Sənəd Sergey Kiriyenkonun rəhbərlik etdiyi Prezident Administrasiyasının daxili siyasi şöbəsindən “sızıb”. Sənəddə büdcə üç kateqoriyaya bölünüb və bunun üçün 110 milyard rubl ayrılıb: prezident seçkisi, informasiya və ideoloji müharibə və yeni regionlar.
2024-cü ildə V.Solovyova üç milyard rubl ayrılması planlaşdırılıb, lakin sonda məbləğ 2023-cü ildə olduğu kimi qalıb. Sənəddə V.Solovyovun adı hallanan hissədə belə bir cümlə də var: “V.Solovyovun prezidentlə görüşünü gözləyirik”, – məlumatda deyilir.