Rusiya Finlandiya körfəzində əməliyyatlara başlaya bilər | NATO şəxsi heyət sayını artırır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baltik dənizində vəziyyət gərginləşir: Rusiya Finlandiya körfəzində genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşır. "Baku TV"nin məlumatına görə, Moskvanın bu addımına cavab olaraq NATO regiondakı şəxsi heyətinin sayını və hərbi mövcudluğunu artırmaq barədə qərar qəbul edib. Finlandiya və Estoniya sahillərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Ekspertlər xəbərdarlıq edir ki, bu cür eskalasiya Şimali Avropada birbaşa hərbi qarşıdurma riskini yaradır. Videoda NATO-nun yeni strateji planları, Rusiyanın hərbi gəmilərinin körfəzdəki yerdəyişməsi və beynəlxalq analitiklərin regionun gələcəyi ilə bağlı proqnozları təqdim olunur. Regiondakı son hərbi hərəkətlilik və diplomatik bəyanatların təfərrüatları Baku TV-nin xüsusi reportajında.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
