Dünya
Pleyeri seçin:
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
207 ukraynalı hərbçi və mülki vətəndaş Rusiya Federasiyasında əsirlikdən Ukraynaya qaytarılıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Instagram” hesabında yazıb.
"Bizimkilər artıq evdədirlər – 207 nəfər. Nə olursa olsun, onları qaytarırıq. Əsirlikdə olan hər kəsi xatırlayırıq. Əsgər və mülki şəxslər – biz hamını geri qaytarmalıyıq. Bunun üzərində işləyirik", – deyə V.Zelenski vurğulayıb.
Dövlət başçısı bildirib ki, əsir və girovları azad etmək Ukrayna komandasının daha bir möhtəşəm işi sayəsində mümkün olub.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, iki ölkə arasında aparılan danışıqlar nəticəsində Ukrayna tərəfi 195 rusiyalı hərbi əsiri geri qaytarıb.
Kopyalandı
Seçilmişlər