Pleyeri seçin:

Rusiya niyə çox itki verir? | Ukrayna Ordusu mühasirədən çıxmaq üçün...

03 noyabr 2025 178 baxış

Rusiya Ordusu Ukraynanın Konstantinovka şəhərinə hücumları azaldıb.

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun analitiklərinin fikrincə, buna səbəb Rusiya Ordusunun hücum planlarının dəyişməsidir. Çünki hazırda Ukraynanın Pokrovsk və Mirnoqrad şəhərlərinin ələ keçirilməsi istiqamətində əməliyyatlar aparılır.

Rusiya Ordusu Pokrovskun cənub-şərqində irəliləyə bilib. Hərbi əməliyyatlar zamanı şəhərlərə PUA hücumları həyata keçirilir və artilleriya sistemləri vasitəsilə zərbələr endirilir. Quru qoşunları isə xırda dəstələr vasitəsilə hücum edir.

Rusiyalı blogerlərin məlumatına görə, Pokrovskun şimal-şərq hissəsi də nəzarətə götürülüb. Mirnoqradın da şimal və cənub-şərq hissələri ələ keçirilib. Ukrayna Ordusu Zatışka yaşayış məntəqəsində Rusiyanın geri çəkilməsinə nail olub.

Pokrovskdakı Ukrayna batalyonunun komandiri qeyd edib ki, Rusiya hərbçiləri müdafiə xəttini dolayısı ilə yarmağa çalışırlar. Çünki üzbəüz gələndə çox itki verirlər.

“Hücumlarda təlim keçməmiş əsgərlər qurban kimi önə atılır, nəticədə, əsas piyada dəstələri PUA və artilleriya zərbələrindən yayınmış olur”, – deyə məlumatda bildirilir.

Bundan başqa, Pokrovsk istiqamətində Rusiyanın üç hərbi dəstəsi cəmləşib. Belə olan halda isə Ukrayna hərbçilərinin Rusiyanı Pokrovskdan sıxışdırıb çıxarması çətinləşir. Hazırda isə ukraynalı hərbçilər mühasirədən çıxmaq üçün vaxt udmağa çalışırlar. 

Tramp Zelenski ilə danışıqları “məhsuldar” adlandırıb

Tramp Zelenski ilə danışıqları “məhsuldar” adlandırıb

Dünya
22 yanvar 2026 178 baxış
Qadınların "yox" deyə bilmədiyi aktyor Andrey Mironov niyə daim qorxu içində idi? - ARAŞDIRMA

Qadınların "yox" deyə bilmədiyi aktyor Andrey Mironov niyə daim qorxu içində idi? - ARAŞDIRMA

Dünya
22 yanvar 2026 178 baxış
Mertsdən ABŞ-yə sərt sözlər | "Cavabımız qətiyyətli olacaq"  - Baku TV CANLI

Mertsdən ABŞ-yə sərt sözlər | "Cavabımız qətiyyətli olacaq" - Baku TV CANLI

Dünya
22 yanvar 2026 178 baxış
ABŞ Prezidenti BMT-nin potensialından danışdı

ABŞ Prezidenti BMT-nin potensialından danışdı

Dünya
22 yanvar 2026 178 baxış
Lavrov Ermənistana xəbərdarlıq etdi

Lavrov Ermənistana xəbərdarlıq etdi

Dünya
22 yanvar 2026 178 baxış
Yeni Zelendiyada axtarış-xilasetmə işlərinə helikopterlər cəlb olunub

Yeni Zelendiyada axtarış-xilasetmə işlərinə helikopterlər cəlb olunub

Dünya
22 yanvar 2026 178 baxış
Rusiya–ABŞ münasibətləri ilə bağlı sensasiyalı məlumat yayıldı

Rusiya–ABŞ münasibətləri ilə bağlı sensasiyalı məlumat yayıldı

Dünya
22 yanvar 2026 178 baxış
Tramp "Sülh Şurasının Nizamnaməsi" sənədi imzalandıqdan sonra çıxış etdi - Baku TV

Tramp "Sülh Şurasının Nizamnaməsi" sənədi imzalandıqdan sonra çıxış etdi - Baku TV

Dünya
22 yanvar 2026 178 baxış
Trampdan Azərbaycan və Ermənistan liderləri ilə bağlı açıqlama - Baku TV

Trampdan Azərbaycan və Ermənistan liderləri ilə bağlı açıqlama - Baku TV

Dünya
22 yanvar 2026 178 baxış
Diqqətlər Davosda | "Sülh Şurasının Nizamnaməsi" sənədi imzalandı - Baku TV

Diqqətlər Davosda | "Sülh Şurasının Nizamnaməsi" sənədi imzalandı - Baku TV

Dünya
22 yanvar 2026 178 baxış
Seçilmişlər
icon