Dünya
Pleyeri seçin:
Rusiya ordusu hərəkətə keçdi | Dmitri Medvedevdən mühüm açıqlama
“Ukrayna ordusunun mərmi hücumundan qorunmaq üçün sərhəddə bufer zonanın yaradılması vacibdir. Onun eni Ukraynaya hansı növ silahların veriləcəyindən asılıdır”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev deyib.
“Gələcəkdə bizə sanitar zona yaratmaq lazımdır ki, hər hansı mərmi atılmasın. Hansı ölçüdə olacağını heç kim bilmir. Lakin kifayət qədər olmalıdır. Uzaqmənzilli silahlar, qanadlı və ballistik raketlər əldə etmək istəyirlərsə, bu sanitar zona Polşaya qədər uzanmalıdır”, – deyə o bildirib.
Kopyalandı
Seçilmişlər