Dünya
Pleyeri seçin:
Rusiya Ordusu irəliləyir | Ukraynada ağır döyüşlərin hədəfi haradır?
Ukraynada Xarkov vilayətinin şimalından 7 mindən çox insan təxliyə edilib.
Bu barədə adıçəkilən vilayətin Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.
Onun sözlərinə görə, bölgənin davamlı atəşə tutulması səbəbindən əhalinin təxliyəsi hələ də davam edir. Administrasiya rəhbəri onu da qeyd edib ki, artıq Çuquyev, Xarkov və Boqoduxov rayonlarından 7 023 nəfər çıxarılıb.
Məlumat üçün bildirək ki, Rusiya Silahlı Qüvvələri mayın 10-dan Ukraynanın Xarkov vilayəti istiqamətində irəliləməyə başlayıb. Adıçəkilən vilayətin Lukyanivtsi kəndi artıq nəzarətə götürülüb. Bundan başqa, Rusiya regionun Vovçansk şəhərinin yaxınlığında, Hlıboke, Yahidne, Pervomayski, Krasnohorivka və Verbove ərazilərində də irəliləyib.
Kopyalandı
Seçilmişlər