Rusiya Ordusu ukraynalı uşaqları xidmətə hazırlayır?
Böyük Britaniya ukraynalı uşaqları deportasiya edən, onlara yanlış ideya aşılayan və hərbi rejimdə saxlayan şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Məhdudiyyətlərə məruz qalanlar arasında Çeçenistanın rəhbəri Ramzan Kadırovun anası da var.
Sanksiya tətbiq olunanlar Rusiyanın siyasətini həyata keçirənlərdir. Siyahıya 8 nəfər və Kreml ilə əlaqəli 3 təşkilat daxil edilib.
R.Kadırovun anası Aymani ilə yanaşı, Rusiyanın yeniyetmə proqramları mərkəzinin rəhbəri Valeri Mayorov da sanksiyalar altındadır. Çünki onlar ukraynalı uşaqlarda Ukraynaya qarşı fikir formalaşdırmağa çalışırlar.
Məlumatda qeyd olunub ki, bu addım Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin sakinlərinə rus dili və mədəniyyətini sırımaq cəhdləri fonunda atılıb. Rusiyanın məqsədi həmin ərazilərdə Ukraynanın dövlətçilik ideologiyasını unutdurmaqdır.
BMT-nin hesablamalarına görə, işğal olunan ərazilərdəki məktəblərdə hərbi təlimlər keçirilir və ukraynalı uşaqlar Rusiya Ordusunda xidmətə hazırlanır. 19 500 ukraynalı uşaq məcburən Rusiyaya köçürülüb.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, heç bir uşaq müharibə alətinə çevrilməməlidir:
“Buna görə də biz günahkarları məsuliyyətə cəlb edirik”.
#Böyük Britaniya teqi istifadə olunub
- London Moskvadan gələn təhlükə səbəbindən son 35 ilin ən təhlükəli dövrünü yaşayır - Baku TV CANLI
- Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI
- Trampın İrlandiyanın birləşməsinə dəstək ifadə etməsi Britaniyada müzakirələrə səbəb olub - Baku TV
- Böyük Britaniya parçalanır? - Bu ərazilər niyə məhz indi müstəqil olmaq istəyir? - Baku TV
- Üç ölkənin referendum yolu ilə birləşməsi gündəmdə deyil
