Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV
Rusiya Prezidenti Vladimir Putinə Lyubertsı şəhərində fəaliyyət göstərən “Maşenka” çörəkxanasından “pirojki” göndərilib.
Bu barədə görüntüləri Kremlin “Telegram” kanalı yayıb.
Videoda Vladimir Putinin çay süfrəsi arxasında əyləşdiyi görünür. Süfrədə çörək, “pirojki”lər və digər bişmiş məmulatlarla dolu səbət yer alır.
Prezident hədiyyəyə görə çörəkxananın sahibinə təşəkkür edib, onu qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və öz növbəsində Yeni il üçün hədiyyələr göndərib.
Videonun sonunda V.Putin mürəbbəli çayla birlikdə “pirojki”lərdən birini dadır.
Qeyd edək ki, bir gün əvvəl “İlin yekunları” proqramı zamanı “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov Prezidentə 2026-cı ildən fərdi sahibkarlar üçün yeni vergi sisteminə keçidlə bağlı sual ünvanlayıb. Vladimir Putin isə dəyişikliklərin biznesə zərər vurmamalı olduğunu bildirib.
#Rusiya teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
