Pleyeri seçin:

Rusiya qaz kəmərində partlayışın səbəbi bilinmir

15 iyun 2023 485 baxış

ABŞ-nin “The Wall Street Journal” nəşri Baltik dənizində Rusiya qazının nəql olunduğu “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin partladılması ilə bağlı yaydığı məlumatda bu işdə Polşanın rolunun olduğunu bildirib. Qəzet yazır ki, bu qənaətə almaniyalı mütəxəssislər gəliblər.

Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Stanislav Jarın Polşanın hadisə ilə əlaqələndirilməsinin tamamilə əsassız olduğunu vurğulayıb və kəmərlərin Rusiya tərəfindən partladılması versiyasının qüvvədə qaldığını söyləyib.

Britaniyanın nüfuzlu “The Times” nəşrinin mayın sonunda dərc edilən məqaləsində isə yazılıb ki, alman araşdırmaçılar “Şimal axını”ndakı qalmaqallı təxribat işi ilə bağlı yeni heç nə üzə çıxarmayıblar. Lakin onlar rusların özlərinə sərf edən kəməri partlatması versiyasını qətiyyətlə rədd ediblər. “The Times” həmçinin aşkar şəkildə qeyd edib ki, Kiyev təxribatın təşkilatçısı sayılır.

Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit isə bir müddət öncə jurnalistlərə verdiyi açıqlamada demişdi ki, Berlin “Şimal axını”ndakı təxribatında Ukraynanın izinin olması ilə bağlı Avropa mediasının təqdim etdiyi materiallardan xəbərdardır, lakin onlar bu mövzuda spekulyasiya etməyəcəklər.

Rusiya Prezidenti Vladimir Putin isə hadisə ilə bağlı öz versiyasını səsləndirərkən bildirmişdi ki, “Şimal axını”nı Avropanı Rusiya qazı ilə yalnız Ukrayna ərazisindən təmin etməkdə maraqlı olan biri partladıb.

Hollandiyanın hərbi kəşfiyyatı, ötən ilin sentyabrında borularda silsilə sualtı partlayışların baş verməsindən üç ay əvvəl, Hollandiya və Almaniyanın birgə araşdırması nəticəsində iyun ayında Ukraynadakı adı açıqlanmayan bir mənbədən Şimal axınına “qaçılmaz hücum” barədə məlumat aldıqlarını bildirir. Daha sonra Hollandiya kəşfiyyat xidmətləri Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsilə Ukrayna ilə əlaqə saxlayan ABŞ-ni xəbərdar edib ki, Kiyevi məlumatlandırsın.

Digər bir tərəfdən, Çin Xarici İşlər Nazirliyi ABŞ-nin “Şimal axını” partlayışlarının araşdırılması ilə bağlı laqeydliyindən təəccübləndiyini bildirib. “Şimal axını”ndakı partlayışlardan 8 aydan çox vaxt keçib, lakin istintaq çox ləng gedir”, – deyə Nazirlikdən məsələyə münasibət bildirilib.

Qeyd edək ki, təxribatla bağlı təhqiqat Almaniya, Danimarka və İsveçdəki qurumlar tərəfindən aparılır.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 485 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 485 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 485 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 485 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 485 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 485 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 485 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 485 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 485 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 485 baxış
Seçilmişlər
icon