Rusiya üçün həyəcan təbili | “Türkiyə ssenarisi”nin qarşısını almaq üçün hərəkətə keçdilər
Rusiyada iqtisadçılar 2025-ci ildə iqtisadi durğunluq və yüksək inflyasiya riskinin kəskin artmasından narahatdırlar.
Bu barədə RBK məlumat yayıb.
Bildirilib ki, həm yüksək inflyasiya, həm də yüksək faiz dərəcələri ehtimalı Rusiyada “Türkiyə ssenarisi”nin yaşanması reallığını yaradır.
Analitiklər qeyd edirlər ki, Rusiya Mərkəzi Bankı belə ssenarinin qarşısını almaq üçün sərt pul siyasəti həyata keçirir.
İqtisadçıların fikrincə, 2025-ci ildə staqflyasiya hələ əsas ssenari olmasa da, son aylarda risklər artıb.
Rusiya Mərkəzi Bankının həyata keçirdiyi sərt pul siyasəti “Türkiyə ssenarisi”ndən qaçmaq cəhdi kimi qiymətləndirilir, lakin bu siyasətin iqtisadi artıma uzunmüddətli təsiri, xüsusən də beynəlxalq sanksiyaların davamlı təsiri fonunda qeyri-müəyyən olaraq qalır.
#Rusiya teqi istifadə olunub
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
- Paşinyan TRIPP layihəsinə Rusiyanı niyə cəlb etmək istəyir? - Baku TV
- Paşinyan həm ABŞ, həm də Rusiya ilə münasibətləri qorumağa çalışır - Baku TV CANLI
