Pleyeri seçin:

Rusiya-Ukrayna arasındakı razılaşma gerçəkləşdi | Detallar açıqlandı

23 may 2025 336 baxış

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında çoxsaylı əsirin dəyişdirildiyini bəyan edib.

Onun bu açıqlaması beynəlxalq mediada geniş rezonans doğurub.

D.Trampın bəyanatından az əvvəl Kremlin mətbuat xidməti tərəflərin əsir siyahılarını qarşılıqlı şəkildə təqdim etdiyini, lakin bu qədər böyükmiqyaslı mübadilənin həyata keçirilməsi üçün zaman tələb olunduğunu açıqlamışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndələri 1000-ə 1000 əsir mübadiləsi aparmaq barədə razılığa gəlmişdilər.

Rusiya mənbələrinin bu gün yaydığı məlumatlara görə, həmin razılaşma artıq reallaşma mərhələsindədir.

Belə ki, hazırda Ukrayna ilə Belarus sərhədində bu günə qədər ən böyük əsir mübadiləsi prosesi keçirilir. Məlumatda bildirilir ki, hər iki tərəf 1000 nəfərlik əsir siyahısını qarşı tərəfə təhvil verir.

Rusiya Müdafiə Nazirliyi və Ukrayna rəsmiləri hələlik bu mübadiləni rəsmən təsdiqləməsə də, hadisənin görüntülərinin və daha ətraflı məlumatların yayımlanacağı gözlənilir. Bu mübadilə həm də Rusiya-Ukrayna münaqişəsinin humanitar ölçüsündə mühüm irəliləyiş kimi qiymətləndirilir.

Lakin Ukrayna tərəfi bu mübadilənin başa çatdığını hələlik təsdiqləmir.

“RBK-Ukraina” nəşrinin istinad etdiyi mənbələr bildirib ki, əsir mübadiləsi prosesi hələ davam edir.

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 336 baxış
Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 336 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 336 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 336 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 336 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 336 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 336 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 336 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 336 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 336 baxış
Seçilmişlər
icon