Rusiya-Ukrayna müharibəsi barədə yeni plan | İpləri əlinə alan kim oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya ilə Ukrayna münaqişəsinin həlli üzrə yeni sülh planının hazırlanmasına rəhbərlik edir.
Bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Kanalın iddiasına görə, qeyd olunan məsələ ilə bağlı müzakirələr cari həftə başlayıb.
Bu arada, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həll olunacağına əminliyini ifadə edib. Rusiya lideri Vladimir Putinlə münasibətlərinin yaxşı olmasına baxmayaraq, ondan məyus olduğunu diqqətə çatdırıb.
“8 müharibəni həll etmişəm. Mənim üçün bir müharibə qalıb. Hansı müharibə olduğunu da bilirsiniz. Düşünürdüm ki, bu asan olacaq, çünki Prezident Putinlə münasibətlərim yaxşıdır.
Amma indi Putindən bir az məyus olmuşam. O bunu bilir”, – deyə D.Tramp bildirib.
“Rusiya Ukrayna ilə bağlı danışıqları davam etdirməyə açıqdır”.
Bunu isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, prosesdə yaranan fasilə Moskvaya görə baş verməyib.
#Vladimir Putin teqi istifadə olunub
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
